Qazaxda 16 yaşlı məktəbli bıçaqlanıb

Qazaxda 16 yaşlı məktəbli bıçaqlanıb
  06 Fevral 2020    Oxunub:1816
Qazax Rayon Təhsil Şöbəsi 16 yaşlı məktəblinin bıçaqlanması ilə bağlı açıqlama yayıb.
Təhsil Şöbəsindən Azvision.az -a bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib.

“Nihat Əliyev dərhal Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Azvision.az



Teqlər: Qazax   Məktəb   Şagird   Cinayət  





Xəbər lenti