“Cənnət Park”da yanğın: 4 FHN əməkdaşı xəsarət alıb

     “Cənnət Park”da yanğın:  4 FHN əməkdaşı xəsarət alıb
  06 Fevral 2020    Oxunub:5157
“Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğın nəticəsində bir nəfər qadın sifətin və yuxarı ətrafların 1,2-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə gətirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a verilən məlumata görə, yanğın zamanı FHN-in 4 əməkdaşı xəsarət alıb. Onlardan 2-si Yanıq Mərkəzinə, digər 2-si isə Toksikoloji Mərkəzə hospitalizə olunub.

"Xəsarət alanların vəziyyəti yaxşıdır, hazırda ambulator yardım göstərilir", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: FHN   Yanğın  





Xəbər lenti