İlham Əliyev Ərdoğana başsağlığı verdi

  06 Fevral 2020    Oxunub : 1526
 İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Azvision.az xəbər verir ki, dövlətimizin başçısı Vanda baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.

Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

Azvision.az

Teqlər: Prezident   İlhamƏliyev