FHN “Cənnət Park”dan 15 nəfəri təxliyə edib

FHN “Cənnət Park”dan 15 nəfəri təxliyə edib
  06 Fevral 2020    Oxunub:2769
Fövqəladə Hallar Nazirliyi (FHN) “Cənnət Park" yaşayış kompleksində baş vermiş yanğınla bağlı məlumat yayıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, Abşeron rayonunda doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan mənzilin yanar konstruksiyaları və içərisindəki əşyalar 40 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib, 1 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti