Saxta pensiya düzəldən nazirlik işçilərinə cinayət işi açılıb

Saxta pensiya düzəldən nazirlik işçilərinə cinayət işi açılıb
  06 Fevral 2020    Oxunub:3433
“Ötən il əsassız ünvanlı yardım, pensiya və müavinət təyinatlarına rəvac vermiş əməkdaşlarımızla bağlı 31 halda hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, onlar barəsində cinayət işləri başlanılıb.
S.Babayev, həmçinin qeyd edib ki, daxili nəzarət tədbirləri əsasında 25 milyon manat məbləğində vurulmuş ziyan dövlət büdcəsinə geri qaytarılıb.

"Ötən il ərzində 11 minə yaxın vəfat etmiş şəxs, eləcə də 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxslər sistemdən kənarlaşdırılıb. 3000-dən artıq ünvanlı yardım təyinatı ləğv edilib və onlara verilən ödənişlər dayandırılıb”.

Aytən Zəhra
Azvision.az




Teqlər: SahilBabayev  





Xəbər lenti