Övladlığagötürmə ilə bağlı gecikmənin səbəbi nədir?

Övladlığagötürmə ilə bağlı gecikmənin səbəbi nədir?
  06 Fevral 2020    Oxunub:3692
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə ilə bağlı alt sistemin işə düşməsinin gecikməsinə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, nazir hazırda aidiyyəti dövlət qurumlarına sistemin inteqrasiyasının aparıldığını deyib.

Onun sözlərinə görə, sistemdən test rejimində istifadənin yoxlanılması prosesi yekunlaşıb: “Bir neçə qanunvericilik aktı var ki, onların təsdiqi gözlənilir. Hazırda DOST mərkəzləri tərəfindən təcili müraciətlərin kağız üzərində qəbulu aparılır. Yaxın günlərdə gözləntimiz odur ki, normativ hüquqi aktlar yekun şəkildə qəbul edildikdən sonra övladlığagötürmə alt sistemində müraciət bölməsi hazır olacaq. Bunun da müxtəlif orqanların bazasına inteqrasiyası davam edəcək. Mərhələlərlə elektron alt sistem ilin sonuna qədər tam şəkildə istifadəyə veriləcək”.

Aytən Zəhra
Azvision.az



Teqlər: övladlığagötürmə  





Xəbər lenti