“Bu il inflyasiya təhlükəsi gözləmirik” - Sahil Babayev

“Bu il inflyasiya təhlükəsi gözləmirik” -  Sahil Babayev
  06 Fevral 2020    Oxunub:2708
Bizim hesablamalarımız onu göstərir ki, ciddi inflyasiya üçün hər hansı təhlükə yoxdur.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, aidiyyatı dövlət qurumları, o cümlədən Mərkəzi Bank tərəfindən inflyasiyanın sabit saxlanılması üçün müvafiq maliyyə alətlərindən istifadə edilməklə tədbirlər görülür: "Ötən il pensiya və əməkhaqqı artan zamam inflyasiya bizim proqnozlarımızdan da aşağı səviyyədə oldu. Buna görə də geniş sosial paketin həyata keçirilməsi vətəndaşlarımız üçün ciddi bahalaşma riski yaratmır".

S.Babayev qeyd edib ki, ötən il orta əməkhaqqı və orta pensiya 15 faiz, sosial müavinətlər və təqaüdlər orta hesabla iki dəfə artıb: "Lakin inflyasiya 2,6 faiz olub. Bu, onu göstərir ki, vətəndaşların gəlirləri inflyasiyadan 6 dəfə çox artıb. İnflyasiya təhlükəsi gözləmirik. Hökümət tərəfindən təsdiq edilmiş çərçivə var. O çərçivə daxilində infilyasiyanın saxlanması üçün Mərkəzi Bank və digər dövlət qurumları tərəfindən tədbirlər görüləcək. Mən inanıram ki, bu il də inflyasiyanın qarşısı alınacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev  





Xəbər lenti