Naxçıvanda 2020-ci il “İxrac ili” elan edildi

 Naxçıvanda 2020-ci il “İxrac ili” elan edildi
  06 Fevral 2020    Oxunub:4315
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 6-da Naxçıvan Muxtar Respublikasında 2020-ci ilin “İxrac ili” elan edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncama əsasən, 2020-ci il Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilib.

Sərəncamla Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə “2020-ci ilin Naxçıvan Muxtar Respublikasında “İxrac ili” elan edilməsinə dair tədbirlər planı”nı hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.

Azvision.az



Teqlər: Naxçıvan  





Xəbər lenti