Seçkiləri 900-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək

  Seçkiləri 900-ə yaxın beynəlxalq müşahidəçi izləyəcək
  07 Fevral 2020    Oxunub:2326
Azərbaycanda keçirilən seçkilər daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşdə deyib.

MSK sədri bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb. Onun sözlərinə görə, yerli və beynəlxalq müşahidəçilərlə yanaşı, yerli və xarici kütləvi informasiya vasitələrinin və digər aşkarlıq institutlarının sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur.

"Məhz bütün bunların nəticəsidir ki, Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün 59 beynəlxalq təşkilatdan 900-ə yaxın beynəlxalq müşahidəçi, habelə çoxsaylı siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını, qeydə alınmış namizədləri təmsil edən və fərdi qaydada seçkilərin müşahidəsinə qoşulan 78000-ə yaxın yerli müşahidəçi akkreditasiyadan keçib", - deyə MSK sədri qeyd edib.

Azvision.az



Teqlər: MSK   Seçki   Müşahidəçi  





Xəbər lenti