Sabah Azərbaycanda “sükut günü”dür

   Sabah Azərbaycanda “sükut günü”dür
  07 Fevral 2020    Oxunub:4003
Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü” olacaq.
Azvision.az xəbər verir ki, sabah seçkiqabağı təbliğat- təşviqat kampaniyası yekunlaşacaq.

Belə ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılacaq.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Azvision.az



Teqlər: Seçki  





Xəbər lenti