FHN Qubaya yanğın yerinə 2 helikopter göndərdi

 FHN Qubaya yanğın yerinə 2 helikopter göndərdi
  07 Fevral 2020    Oxunub:3494
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada yanğın baş verən əraziyə 2 helikopter göndərib.
Bu barədə Azvision.az-a FHN-in Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, Quba rayonunun Qalxun kəndində, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyef və çətin keçilən yolları olan ərazidə ot tayası yanır.

Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Quba   Yanğın   FHN   Ev  





Xəbər lenti