ATƏT sədri: “Qarabağ probleminin həllində irəliləyiş var”

  07 Fevral 2020    Oxunub : 2688
 ATƏT sədri: “Qarabağ probleminin həllində irəliləyiş var”
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı təşkilat məkanındakı həlli uzanmış münaqişələrdən danışıb.
Azvision.az BMT-nin saytına istinadən xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsindən söz açan ATƏT sədri bu istiqamətdə müəyyən irəliləyişin olduğunu deyib.

“Biz, həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləyirik. Ötən həftə vasitəçilərin himayəsi altında Cenevrədə keçirilən danışıqlarda əhalini sülhə hazırlamaq üçün mümkün addımlar, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həllində əsas rol oynaya biləcək prinsiplər və elementlər müzakirə edilib”, - deyə E.Rama vurğulayıb.

Xatırladaq ki, bu il ATƏT-ə Albaniya sədrlik edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ATƏT   Qarabağ