Vüsalə Mahirqızı: Biz bunu onlardan daha yaxşı bacarırıq

Vüsalə Mahirqızı: Biz bunu onlardan daha yaxşı bacarırıq
  24 Dekabr 2013    Oxunub:726
APA-nın prezidenti “Azercell”i tənqid etdi.
AzVision.az xəbər verir ki, APA Şirkətlər Qrupunun prezidenti Vüsalə Mahirqızı “Azercell” mobil rabitə xidmətini tənqid edib. Vüsalə Mahirqızının Facebook-da yazdıqlarını təqdim edirik:

“Artıq bir neçə aydır ki, hər ay ən azı iki dəfə Azercell nömrələrində və data kartlarında APA Holdinqə daxil olan saytlar fasilələrlə açılmır. Hər dəfə bizim əməkdaşlar xəbərdarlıq edəndən sonra məsələ həll olunur, 10-15 gün sonra yenidən eyni hal təkrarlanır. Bu hoqqanı çıxartmaqda məqsəd bizi nüfuzdan salmaqdırsa, “Azercell”dəkiləri əmin edirəm ki, biz bunu onlardan daha yaxşı bacarırıq. Yox, işçilərində problem varsa, zəhmət çəkib bizdən qazandıqları pulun hesabına keyfiyyətli işçi tapsınlar və sistem qursunlar. Başqa mobil şirkətlərə baxıb xəcalət də çəkmək olar. Əgər o hiss qalıbsa...”


Teqlər:





Xəbər lenti