Ermənistanda hərbi hissələr yoxlanılır - Ciddi pozuntular aşkarlanıb

 Ermənistanda hərbi hissələr yoxlanılır -  Ciddi pozuntular aşkarlanıb
  07 Fevral 2020    Oxunub:2768
Fevralın 7-də Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Polisi Müdafiə naziri David Tonoyanın əmri ilə hərbi intizamın vəziyyətini araşdırmaq üçün ciddi yoxlamalara başlayıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hərbçilərin döyüş hazırlığında iştirakını aşkar etmək üçün hərbi hissələrə gözlənilməz səfərlər olub. Bu zaman bir sıra pozuntular aşkarlanıb.

Belə ki, dərs prosesində olmayan bir qrup hərbçi hərbi polis tərəfindən tutulub, nizam-intizama nəzarət etməyən komandirlər haqqında protokollar tərtib edilib. Bunun əsasında xidməti araşdırmalara başlanılıb.

Qeyd olunub ki, gözlənilməz yoxlamalar davam edəcək, qanunu pozanlar ciddi şəkildə cəzalandırılacaq.

Azvision.az


Teqlər: Erməni   Hərbçi   Yoxlama  





Xəbər lenti