Azərbaycan-Polşa əməkdaşlığı müzakirə olunub - FOTO

  07 Fevral 2020    Oxunub : 1894
Azərbaycan-Polşa əməkdaşlığı müzakirə olunub - FOTO
Polşanın Bakıdakı səfiri Rafal Poborski Azərbaycan Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ilə görüşüb.
Azvision.az səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, tərəflər görüşdə Polşa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişafı məsələsinə diqqət çəkiblər.

Həmçinin, nəqliyyat, turizm, təhsil, tvinninq layihələri müzakirə olunub, beynəlxalq iqtisadi münasibətlər və Avropa İttifaqı - Azərbaycan Respublikası münasibətlərinin hazırki durumu haqqında fikir mübadiləsi aparılıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Polşa   XİN