Yaxın Şərqin ən varlı və işgüzar qadınları - FOTO

   Yaxın Şərqin ən varlı və işgüzar qadınları -    FOTO
  07 Fevral 2020    Oxunub:2824
“Forbes” jurnalı Yaxın Şərqin 100 ən işgüzar qadınının adını açıqlayıb.
Azvision.az xəbər verir ki, reytinq cədvəlində 28 sektoru təmsil edən 23 ölkənin vətəndaşları yer alıb.

Siyahıda ilk yerləri Birləşmiş Ərəb Əmirliklərinin 27 şirkətdən ibarət olan “İsa Saleh” qrupunun icraçı direktoru Raya İsa Əl Qurq, “Samba Financial Group” (Səudiyyə Ərəbistanı) korporasiyasının sahibi Rania Naşar, “Tədavül” şirkətinin rəhbəri Sara Əl Suhami və “Saudi British Bank”ın icraçı direktoru Lübna Olayan tutublar.

Bundan əlavə, Yaxın Şərqdə ən varlı və işgüzar qadınların arasında 9 Misir, 8 Livan və 8 Oman vətəndaşı da var. Misirli qadın sahibkarların siyahısında ilk yerlərdə “Telecom Law” firmasının rəhbəri Mona Zülfiqar və “TAQA Arabia” şirkətinin sahibi Pakinam Kafafi qərarlaşıb.



Azvision.az



Teqlər: Forbes  





Xəbər lenti