Aptek müdirinin intiharı ilə bağlı cinayət işi açıldı

   Aptek müdirinin intiharı ilə bağlı cinayət işi açıldı
  07 Fevral 2020    Oxunub:3388
Bakı şəhər Prokurorluğu paytaxt ərazisində baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Azvision.az -a bildirilib ki, fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib.

İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az



Teqlər: Prokurorluq  





Xəbər lenti