Polis Rəhim Qazıyevin qızı ilə bağlı hadisəyə aydınlıq gətirdi

Polis Rəhim Qazıyevin qızı ilə bağlı hadisəyə aydınlıq gətirdi
  07 Fevral 2020    Oxunub:2990
Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) sabiq Müdafiə naziri Rəhim Qazıyevin övladına məxsus avtomobilin şinlərinin kəsilməsi hadisəsinə münasibət bildirib.
İdarənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal rayonunda Ş.Əzizova və A.Qazıyevanın birgə idarə etdikləri avtomobilin şinlərinin kəsilməsi ilə bağlı fevralın 1-də Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə müraciət daxil olub.

Həmin müraciət üzrə Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsində aparılan araşdırma zamanı izahatı alınan Ramil Əzizov keçmiş yoldaşı Ş.Qazıyeva ilə boşandıqdan sonra iki azyaşlı övladını ona göstərmədiyi üçün avtomobilin şinlərini dəmir parçası ilə kəsdiyini bildirib.

Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək.

Azvision.az


Teqlər: BŞBPİ   RəhimQazıyev  





Xəbər lenti