Mübariz İbrahimovun məzarı ziyarət olundu - VİDEO

Mübariz İbrahimovun məzarı ziyarət olundu -    VİDEO
  07 Fevral 2020    Oxunub:2109
Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə anım mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Hərbi qulluqçular M.İbrahimovun məzarını ziyarət edərək önünə gül dəstələri qoyublar.

Tədbirlərdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər.

Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə özündən sonra gələn gənclərə örnək olacaq şanlı bir yol və ad-san qoyub gedib.



Azvision.az


Teqlər: MN  





Xəbər lenti