Seçkilərdə 1129 səlahiyyətli nümayəndə qeydə alınıb

  07 Fevral 2020    Oxunub : 1266
Seçkilərdə 1129 səlahiyyətli nümayəndə qeydə alınıb
Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndələrin və vəkillərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun rəhbəri Məzahir Pənahov məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində 1129 səlahiyyətli nümayəndə qeydə alınıb.

MSK sədri, həmçinin bildirib ki, seçkilərdə 7603 məşvərətçi səs hüquqlu komissiya üzvü və 2085 vəkil var.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: