Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb

Vilayət Eyvazov Almaniya səfiri ilə görüşüb
  07 Fevral 2020    Oxunub:1908
Fevralın 7-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Almaniya Federativ Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniqi qəbul edib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avropalı diplomatı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən nazir V.Eyvazov ona fəaliyyətində uğurlar arzulayıb.

Dostluq və işgüzar şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə edilib.

Azvision.az



Teqlər: VilayətEyvazov  





Xəbər lenti