“Seçkilərin demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb” - MDB müşahidə missiyasının rəhbəri
O, seçki məntəqələrinin tam şəkildə seçkilərə hazır olduğunu, seçkilərin azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını qeyd edib.
E. Məmmədyarov öz növbəsində, ümumiyyətlə ölkədə seçki prosesinin sərbəst və demokratik mühitdə keçdiyini qeyd edərək, bütün yerli və xarici müşahidəçilərin, o cümlədən MDB-nin müşahidə missiyasının fəaliyyəti üçün hər cür imkanların yaradıldığını bildirib.
Görüş zamanı, həmçinin MDB ölkələri daxilində ticari-iqtisadi, siyasi, humanitar və digər sahələrdə sıx əməkdaşlıq və MDB məkanında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azvision.az