Metroda gənc özünü qatarın altına atıb

  07 Fevral 2020    Oxunub : 3161
 Metroda gənc özünü qatarın altına atıb
Bakı metrosunda sərnişin özünü qatarın altına atıb.
Azvision.az xəbər verir ki, hadisə bu gün "Nəriman Nərimanov" stansiyasında baş verib. Maşinistin vaxtında qatarı saxlaması nəticəsində sərnişinin həyatı xilas olunub. Dərhal gərginlik xətdən ayrılıb. Gənc oğlan qatar yolundan çıxarılıb. O, yüngül xəsarət alıb. Hadisə nəticəsində qatarların hərəkətində 10 dəqiqə gecikmə olub.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı Azvision.az -a təsdiqləyib.

Azvision.az

Teqlər: Metro   Hadisə