Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub - Faktiki hava

Ölkə ərazisinə soyuq hava kütlələri daxil olub -  Faktiki hava
  08 Fevral 2020    Oxunub:4409
Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departametinin direktoru Umayra Tağıyeva açıqlama verib.

ETSN rəsmisi bildirib ki, bu saata olan məlumata əsasən, rayonlarda artıq havada dəyişiklik qeydə alınır.

Qərb küləyi Daşkəsəndə 28 m/s, Salyanda 23 m/s, Tovuzda 24 m/s, Ter-terde 23 m/s, Naftalan, Ağstafada 20 m/s, Astarada 18 m/s, Göytəpədə 17 m/s, Şekide 15 m/s-dek güclənib. Göy-Göldə, Balakəndə, Gədəbəydə, Gəncədə, Zaqatalada, Ağstafada, Sarıbaşda, Şəmkirdə yağış yağır. Daşkəsəndə qar başlayıb.

Hazırda soyuq hava kütlələrinin ölkə ərazisinə tədricən daxil olması müşahidə edilir.

Azvision.az


Teqlər: ETSN   Hava   Qar   Yağış  





Xəbər lenti