İçərişəhərdəki partlayışın səbəbi açıqlandı

İçərişəhərdəki partlayışın səbəbi açıqlandı
  08 Fevral 2020    Oxunub:2495
"Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri İçərişəhərdə partlayış baş verən əraziyə baxış keçiriblər.
Birlikdən Azvision.az -a verilən məlumata görə, Bakı şəhəri, Səbail rayonu ərazisində, İçərişəhərdə baş verən partlayışla bağlı "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri də həmin məkana baxış keçiriblər.

İlkin qənaət belədir ki, hadisəyə mənzildaxili qaz sızması səbəb olub. Həmin yerin yaxınlığından keçən yeraltı qaz xətti də ciddi şəkildə yoxlanılıb. Nəticə etibarı ilə bu kəmərdə hər hansı qaz sızması aşkarlanmayıb.

Azvision.az



Teqlər: Azəriqaz   İçərişəhər   Partlayış  





Xəbər lenti