Tələbələrin köçürülməsi başa çatdı

 Tələbələrin köçürülməsi başa çatdı
  08 Fevral 2020    Oxunub:3603
Tələbələrin köçürülməsi üçün elektron sənəd qəbulu başa çatıb.
Azvision.az xəbər verir ki, tələbələrin köçürülmə prosesi fevralın 1-də başlayıb, ayın 7-dək davam edib.

Qeyd edək ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilir.

Xatırladaq ki, 2016-cı ildən fəaliyyətə başlayan portal vasitəsilə 2019-cu ilədək ümumilikdə 5959 tələbənin köçürülməsi həyata keçirilib. 2016-cı ildə köçürülənlərin sayı 83, 2017-ci ildə 1333, 2018-ci ildə 1897, 2019-cu ildə isə 2646 nəfər təşkil edib.

Azvision.az


Teqlər: Tələbə   Köçürülmə  





Xəbər lenti