Azərbaycanda “sükut günü”dür

   Azərbaycanda “sükut günü”dür
  08 Fevral 2020    Oxunub:3779
Milli Məclisə seçkilərlə əlaqədar fevralın 8-i Azərbaycanda “sükut günü”dür.
Azvision.az xəbər verir ki, bu gündən seçkiqabağı təbliğat- təşviqat kampaniyasına yekun vurulub.

Qeyd edək ki, seçkiqabağı təşviqatın aparılmasına yanvarın 17-dən başlanılıb. Seçki Məcəlləsinə əsasən, səsvermə günü və ondan əvvəlki gün, yəni “sükut günü” hər hansı seçkiqabağı təşviqat aparmaq, mitinqlər təşkil etmək qadağandır. Seçkiqabağı təşviqat fevralın 8-də saat 08:00-da dayandırılıb.

Xatırladaq ki, Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Azvision.az


Teqlər: Seçki   Təşviqat   Sükut-Günü  





Xəbər lenti