Parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq

Parlament seçkilərində 1314 namizəd mübarizə aparacaq
  08 Fevral 2020    Oxunub:3480
Milli Məclisə seçkilərdə iştirak etmək üçün 1637 namizəd qeydə alınıb.

Azvision.az xəbər verir ki, onlardan 321-i namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir. Həmçinin, Mərkəzi Seçki Komissiyası (MSK) 2 nəfərin deputatlığa namizədliyini ləğv edib.
Ümumilikdə növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilər fevralın 9-da keçiriləcək.

Azvision.az


Teqlər: Seçki   Namizəd   MSK  





Xəbər lenti