Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb - FOTO

   Naxçıvanda yenə qaz və işıqpulu borcu qeydə alınmayıb -    FOTO
  08 Fevral 2020    Oxunub:2541
Naxçıvan Muxtar Respublikası üzrə 2020-ci ilin yanvar ayında verilən təbii qazın miqdarı, təbii qaz satışından toplanan vəsait və ödənilmə faizi barədə rəsmi məlumat açıqlanıb.

Azvision.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında şəhər və rayonlarda təbii qazın ödənişi 100% yerinə yetirilib.
Statistikadan görünür ki, Naxçıvan MR-da abonentlərin qaz pulu borcu qeydə alınmayıb.



Həmçinin, Dövlət Energetika Xidməti üzrə 2020-ci ilin yanvar ayında verilən elektrik enerjisinin miqdarı, elektrik enerjisi satışından toplanan vəsait və ödənilmə faizi məlum olub. Belə ki, muxtar respublikanın şəhər və rayonlarında elektrik enerji ödənişi 100% nəticə ilə yerinə yetirilib. Abonentlərin borcu qeydə alınmayıb.

Qeyd olunub ki, yanvar ayında texniki itki nəzərə alınmaqla daxil olan 25 milyon 182 min kilovat-saat elektrik enerjisinin dəyəri 2 milyon 81 min 100 manat olub, cəmi 1 milyon 996 min 400 manat vəsait toplanıb ki, bu da istifadə olunan enerjinin dəyərinin 95,9 faizini təşkil edir.



Anar Kəlbiyev
Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti