Çavuşoğlundan “Dostluq” ordeni ilə bağlı paylaşım - FOTO

Çavuşoğlundan “Dostluq” ordeni ilə bağlı paylaşım -  FOTO
  08 Fevral 2020    Oxunub:6025
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunması barədə paylaşım edib.
Azvision.az xəbər verir ki, Çavuşoğlu dövlət başçısı ilə birgə çəkilmiş fotosunu paylaşaraq yazıb: “Cənab Prezident İlham Əliyevin əllərindən “Dostluq” ordeni almaqdan böyük şərəf və xoşbəxtlik duydum”.



Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   XİN   Çavuşoğlu  





Xəbər lenti