Abşeronda narkotacir 2,7 kq heroinlə tutuldu

Abşeronda narkotacir 2,7 kq heroinlə tutuldu
  08 Fevral 2020    Oxunub:3009
Abşeronda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xırdalan şəhəri ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Qurbanov saxlanılıb. Ondan çəkisi 2,7 kiloqram heroin aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti