Gömrükdə daha bir qaçaqmalçılığın qarşısı alındı

Gömrükdə daha bir qaçaqmalçılığın qarşısı alındı
  08 Fevral 2020    Oxunub:1894
Gömrük nəzarətindən gizlədilən mobil telefon və aksesuarları aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes Benz S 430” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub. Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, gömrük baxışı zamanı avtomobilin oturacaqlarının arxa hissəsindəki gizli saxlanc yerlərindən 16 ədəd “iPhone 11”, 1 ədəd “iPhone 11 Pro”, 4 ədəd “iPhone 11 Pro Max” markalı mobil telefon və 21 ədəd aksesuarları ilə birlikdə telefon qutusu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Gömrük  





Xəbər lenti