Dmitri Kobitski: “Azərbaycan seçkilərə tam hazırdır”

  08 Fevral 2020    Oxunub : 1569
 Dmitri Kobitski: “Azərbaycan seçkilərə tam hazırdır”
Azərbaycanda seçkilər ən yüksək səviyyədə təşkil olunub.

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi Dmitri Kobitski deyib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası seçkilərin qanunvericiliyə uyğun keçirilməsi üçün xeyli iş görüb.
"Seçki məntəqələrini gəzib seçkilərin gedişatını müşahidə edəcəyik və monitorinqlərin nəticələrinə uyğun yekun rəy MSK-ya göndəriləcək”.

Dmitri Kobitski qeyd edib ki, seçkilərə hazırlıq barədə ilkin təəssüratlar müsbətdir və Azərbaycan parlament seçkilərinə tam hazırdır.

Azvision.az

Teqlər: Seçki   MDB