Azərbaycan Çinə humanitar yardım göndərdi - FOTO

Azərbaycan Çinə humanitar yardım göndərdi -    FOTO
  08 Fevral 2020    Oxunub:2460
Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.
İcra Hakimiyyətindən Azvision.az -a verilən məlumata görə, 2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.



Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyi üçün bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uxan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.



Sumqayıt şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərib.



Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 31 min 252, bu virus səbəbindən ölənlərin sayı 637, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 26 min 359 nəfərə çatıb. Virusa yoluxanlardan 4821 nəfərin vəziyyəti ağır qiymətləndirilir. İndiyədək virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 314 min nəfər müəyyən edilib, onlardan 186 mini hazırda həkim nəzarəti altındadır.



Azvision.az



Teqlər: Çin   Yardım  





Xəbər lenti