Parlament seçkiləri 5573 məntəqədə keçiriləcək

 Parlament seçkiləri 5573 məntəqədə keçiriləcək
  08 Fevral 2020    Oxunub:2398
Sabah Milli Məclisə seçkilər 125 dairə üzrə 5573 seçki məntəqəsində keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Seçkilərdə Milli Məclisə 125 deputat seçiləcək. Səsvermə səhər saat 08:00-da başlayacaq, axşam saat 19:00-da başa çatacaq”, - deyə MSK sədri bildirib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti