Kollegiya sədri qəbul keçirəcək

Kollegiya sədri qəbul keçirəcək
  08 Fevral 2020    Oxunub:1623
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fevralın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Gədəbəydə vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Vətəndaşların qəbulu Gədəbəy Rayon Məhkəməsində (ünvan: Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 1) saat 10:00-da başlayacaq.

Vətəndaşlar qəbula Ali Məhkəmədə, Gədəbəy Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 050 255-77-15 əlaqə nömrələri və ya [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.

Azvision.az



Teqlər: Qəbul  





Xəbər lenti