MSK sədri namizədlərin sayını açıqladı

MSK sədri namizədlərin sayını açıqladı
  08 Fevral 2020    Oxunub:2525
“Sabah keçiriləcək Milli Məclisə seçkilərdə iştirak edəcək namizədlərin sayı 1314 nəfərdir”.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.
MSK sədri bildirib ki, parlament seçkilərində iştirak etmək üçün ümumilikdə 2431 nəfər müraciət edib: “Namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, 2 nəfərin isə deputatlığa namizədliyini ləğv edilib. Hazırda deputatlığa namizədlərin sayı 1314 nəfərdir”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Namizəd  





Xəbər lenti