Ən yaşlı seçicinin 126 yaşı var

Ən yaşlı seçicinin 126 yaşı var
  08 Fevral 2020    Oxunub:4004
Azərbaycanda ən yaşlı seçicinin 126 yaşı var.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib. MSK sədri bildirib ki, həmin seçicinin adı Allahverdiyeva Səmərqənddir. O, 94 saylı Bərdə kənd seçki dairəsində qeydiyyatdadır.
Ölkə üzrə ən yaşlı kişi seçici isə Əhmədov Şahverdidir. Onun 108 yaşı var.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Seçki  





Xəbər lenti