Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - VİDEO

  08 Fevral 2020    Oxunub : 1759
 Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib - VİDEO
Müdafiə nazirinin tapşırığına əsasən, fevralın 8-də Azərbaycan Ordusunun təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Azvision.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkiblər.

Hərbi hissələrin komandanlığı ilə keçirilən görüşlərdə valideynləri maraqlandıran məsələlərin müzakirəsi aparılıb, həmçinin qonaqlar və şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər təşkil olunub.



Azvision.az

Teqlər: Ordu   Andiçmə