Mətbuat Şurasında “qaynar xətt” yaradılıb

Mətbuat Şurasında “qaynar xətt” yaradılıb
  09 Fevral 2020    Oxunub:2159
Azərbaycan Mətbuat Şurasında bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub.
Mətbuat Şurasından Azvision.az -a verilən məlumata görə, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək.

“Qaynar xətt” Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası və digər müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.

MŞ həmçinin kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin, onlara yaradılmış şəraitin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyəcəklər.

“Qaynar xətt”in fəaliyyəti və MŞ-nin İdarə Heyəti üzvlərinin müşahidələri ilə bağlı gün ərzində məlumat veriləcək, o cümlədən yekun hesabat da hazırlanacaq.

Azvision.az


Teqlər:   Qaynarxətt  





Xəbər lenti