Saat 10:00: Ən aktiv və ən passiv dairələr
Onun sözlərinə görə, ən aktiv seçki dairələri 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 56 saylı Xaçmaz kənd seçki dairəsində seçici fəallığı 21,03 faiz (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində isə 21,03 faiz (46 min 225 seçicidən 9864 nəfər) olub.
Hələlik ən passiv dairə 17 saylı Yasamal üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) təşkil edib.
Elvin Abdulqədirov
Azvision.az