Saat 10:00: Ən aktiv və ən passiv dairələr

     Saat 10:00:    Ən aktiv və ən passiv dairələr
  09 Fevral 2020    Oxunub:1991
Milli Məclisə seçkilərdə saat 10:00-a olan ən aktiv və ən passiv seçki dairələri açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.

Onun sözlərinə görə, ən aktiv seçki dairələri 56 saylı Xaçmaz kənd və 1 saylı Şərur-Sədərək Seçki Dairəsidir. 56 saylı Xaçmaz kənd seçki dairəsində seçici fəallığı 21,03 faiz (37 min 970 seçicidən 8234 nəfər), 1 saylı Şərur-Sədərək seçki dairəsində isə 21,03 faiz (46 min 225 seçicidən 9864 nəfər) olub.

Hələlik ən passiv dairə 17 saylı Yasamal üçüncü Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 1,2 % (30 min 534 seçicidən 352 nəfər) təşkil edib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti