Bütün veb-kameralar hazırda aktivdir - MSK-dan açıqlama

   Bütün veb-kameralar hazırda aktivdir -    MSK-dan açıqlama
  09 Fevral 2020    Oxunub:4416
Mərkəzi Seçki Komissiyası (MSK) 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin bəzi məntəqələrində kameraların üzərinin bağlanması barədə iddialara aydınlıq gətirib.
Azvision.az -ın məlumatına görə, MSK-nın Media və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib ki, fotoda görünən təhlükəsizlik kameralarıdır. Onun sözlərinə görə, bu məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyəti yoxdur:

“Əvvəllər təhlükəsizlik kameraları ilə bağlı narazılıq olmuşdu. Bütün seçkilərdə təhlükəsizlik kameraları bağlanır. MSK-nın quraşdırdığı veb-kameraların üzərinin bağlanması barədə iddialar isə əsassızdır, bütün veb-kameralar hazırda aktivdir”.

Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti