“Hər hansı pozuntu qeydə alınmayıb” - ATƏT PA-nın müşahidəçisi
09 Fevral 2020
Oxunub:3011
Biz gün ərzində 10-12 məntəqədə müşahidə aparacağıq, indiyə qədər 3 məntəqədə olmuşuq, hər hansı neqativ hallar rastlaşmamışıq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ATƏT Parlament Assambleyasının beynəlxalq müşahidəçisi, lüksemburqlu Qraas Qustav Marsel deyib.
Onun sözlərinə görə, hələlik heç bir məntəqədə pozuntu halları qeyd edilməyib: "Seçki məntəqələrində səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə aparılır".