Komitə sədri: “Seçkilər şəffaf şəraitdə keçirilir”

 Komitə sədri:  “Seçkilər şəffaf şəraitdə keçirilir”
  09 Fevral 2020    Oxunub:2824
"Seçkilər şəffaf şəraitdə keçirilir. Məntəqədə həm yerli, həm də beynəlxalq müşahidəçilər seçki prosesini izləyirlər".

Azvision.az xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsindəki 4 saylı məntəqədə səs verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı deyib.
Komitə sədri bildirib ki, vətəndaşların məntəqəyə sıx gəlişi müşahidə olunur: "Bu da xalqın seçkilərə önəm verdiyini göstərir. Ümid edirəm ki, seçkilər xalqın iradəsini əks etdirməklə yekunlaşacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MübarizQurbanlı   Komitə   Sədr   Seçki  





Xəbər lenti