Elman Rüstəmovun seçkidən gözləntiləri

 Elman Rüstəmovun seçkidən gözləntiləri
  09 Fevral 2020    Oxunub:2452
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov parlament seçkiləri ilə əlaqədar səsvermədə iştirak edib.
Azvision.az xəbər verir ki, AMB sədri 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 5 saylı məntəqəsində səs verib.

E.Rüstəmov jurnalistlərə açıqlamasında seçkidən gözləntilərini açıqlayıb: "Parlament ölkədə həyata keçirilən iqtisadi islahatlarda qanunvericilik bazasının büdcə siyasətinin formalaşmasında mühüm rol oynayır. Yeni yaradılan parlamentdən iqtisadi inkişafımızın yeni bir mərhələsində irəli sürülmüş islahatlar proqramı çərçivəsində qanunvericilik bazasının təkmilləşdirilməsini gözləyirik".

Qeyd edək ki, məntəqədə seçici siyahısında 1215 nəfər var.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Elman-Rüstəmov   Seçki  





Xəbər lenti