“İndiyədək qayda pozuntusu ilə rastlaşmamışam” - Artur Gerasimov

 “İndiyədək qayda pozuntusu ilə rastlaşmamışam” -    Artur Gerasimov
  09 Fevral 2020    Oxunub:3114
Səsvermənin gedişində indiyədək hər hansı qayda pozuntusu ilə rastlaşmamışam.

Azvision.az xəbər verir ki, bunu ATƏT-in müşahidəçi Artur Gerasimov deyib. Onun sözlərinə görə, hazırda ATƏT-in 360-dək müşahidəçisi Azərbaycanda keçirilən seçkiləri izləyir.
“Biz seçkilərdən əvvəl Mərkəzi Seçki Komissiyasının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının, partiyaların təmsilçiləri ilə görüşmüşük, kifayət qədər məlumatımız var. Hazırda bizim nümayəndələrimiz bütün ölkə üzrə seçkiləri müşahidə edirlər. Bütün məlumatları toplayıb analiz etdikdən sonra mətbuat konfransı keçirəcəyik”, - deyə Artur Gerasimov qeyd edib.

Azvision.az



Teqlər: ATƏT   Seçki  





Xəbər lenti