“Sığorta bazarı problemi özü həll etsin ”- Elman Rüstəmov

  09 Fevral 2020    Oxunub : 1744
“Sığorta bazarı problemi özü həll etsin ”- Elman Rüstəmov
Azərbaycan Mərkəzi Bankı (AMB) yaxın vaxtlarda sığorta şirkətlərində qiymətləndirmələrə başlayacaq.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, sığorta bazarında sabitlik müşahidə edilir: "Ola bilsin ki, nöqtəvi problemlər olsun, lakin ciddi problem hiss etməmişik. Biz çalışacağıq ki, bazarda əhəmiyyətli canlanma olsun. Qarşımızda qoyulan əsas məsələ əhalinin, biznesin risklərinin sığortasını əhatə etməkdir. Bu da bir tərəfdən sığorta bazarının genişlənməsinə, digər tərəfdən isə həm əhalinin, həm də biznesin risklərinin azalmasına gətirib çıxaracaq. Dövlətin qoyduğu əsas məsələ odur ki, sığorta bazarı problemi özü həll etsin, dövlətin üzərinə qoymasın".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Elman-Rüstəmov