Sumqayıtda seçki günü - FOTOREPORTAJ

Sumqayıtda seçki günü -  FOTOREPORTAJ
  09 Fevral 2020    Oxunub:6173
Fevralın 9-da səhər saat 8-dən etibarən Milli Məclisə keçirilən seçkilərdə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 32 saylı məntəqəsində səsvermə qanunvericiliyə uyğun olaraq başlayıb. Hazırda məntəqədə seçici aktivliyi müşahidə edilir.
Azvision.az -ın məlumatına görə, 42 saylı Dairə Seçki Komissiyasının sədri Süleymanova Adilə bildirib ki, bu gün seçki məntəqəsində 1112 nəfər səs verəcək. Bu saatadək 200-dən çox seçici səsvermə hüququndan istifadə edib.

Onun sözlərinə görə, seçicilər səhər saatlarından məntəqələrə üz tutur, siyahılarda adlarını tapdıqdan sonra bülletenləri alıb, istədikləri namizədlərə səs verirlər.

Məntəqə zəruri avadanlıqla təmin edilib və hazırda səsvermədə yüksək fəallıq nümayiş olunur.

Azvision.az -ın Sumqayıtdan hazırladığı fotoreportajı təqdim edirik:
















Bəxtiyar Məmmədov
Azvision.az


Teqlər: Seçki   Parlament  





Xəbər lenti