Türkiyə YSK rəhbəri: “Seçki mükəmməl keçirilir”

  09 Fevral 2020    Oxunub : 2302
 Türkiyə YSK rəhbəri: “Seçki mükəmməl keçirilir”
“İndiyədək seçki prosesində hər hansı problem olmayıb. Hər şey mükəmməl şəkildə davam edir”.
Bunu Azvision.az -a Türkiyə Ali Seçki Qurumunun (YSK) sədri Məhərrəm Akkaya Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı açıqlamasında bildirib.

M.Akkaya seçkilərin demokratik şəraitdə keçirildiyini vurğulayıb: “Mən bu vəzifəyə artıq iki həftədir ki, keçmişəm. Sədr kimi ilk xarici səfərimi qardaş Azərbaycana etdim. Azərbaycanın Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun dəvəti ilə Azərbaycana gəldik. Mənimlə bərabər qurumun iki üzvü buradadır. Müşahidəçi qismində seçkiləri izləyirik. Seçkilərin demokratik şəkildə baş tutmasını və uğurlu nəticənin əldə olunmasını arzulayırıq. Azərbaycanlı qardaşlarımıza xeyirli nəticələr diləyirik. Axşama qədər burada müşahidələr aparacağıq. Seçimin nəticələri daha sonra dəyərləndiriləcək. Bu ana qədər hər hansısa problem olmayıb. Hər şey mükəmməl gedir”,- deyə M. Akkaya bildirib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Türkiyə   YSK   Seçki